Whatsapp-a yazın

Işin öhdəliyi

Satış meneceri

Şəhər: Bakı
Yaş: 18-35
Təhsil: Ali
İş təcrübəsi: 3 il
Əlaqədar şöbə: Satış departamenti
E-poçt [email protected]

Vəzifə öhdəliyi

Bazar potensialının qısa və orta müddətli nəzərdən keçirilməsi,Hilti Satış Strategiyasının nəzərə alınması,bütün şirkət siyasətlərinə və prosedurlarına riayət edilməsi.

Məsuliyyət sahəsi:

- Mövcud və yeni müştərilərlə effektiv əlaqələrin yaradılması, əlaqələrin davamlı inkişafı , müştəri ehtiyaclarının həlli. 
 - Məhsulların satışı,yeni məhsulların tikinti sahələrində, ofislərdə və istehsal müəssisələrində tətbiqi, müştərilərə məhsullar və onların istifadəsi barəsində məlumatların verilməsi.
 - Satış direktorunun  dəstəyi ilə şirkətin strategiyası və prioritetlərinə uyğun olaraq aylıq, rüblük və illik satışların həyata keçirilməsi. 
 - Şirkətin strategiyasına sadiq qalmaq,hər il verilən biznes və inkişaf məqsədləri çərçivəsində bacarıq və qabiliyyətlərinin artırılması. 
 - Gündəlik hesabatları, müştəri haqqında məlumatları, həftəlik (aylıq) plan və tələb olunan hesabatların rəhbərliyə təqdim edilməsi
 -  Satışdan sonra, alacaqların toplanılmasını , göstərilən müddətlə təqib edilməsi.

Profil:

- Mühəndislik sahəsində təhsil almış
 - Yüksək ünsiyyət bacarığı, satışda müvəffəqiyyət və hədəf yönümlü inkişaf
-  Nəticəyə istiqamətlənmiş, dinamik, energetik , ünsiyyət qurmaq və  özünü ifadə etmək bacarığı
-  Problemlərin həllində və qərarların qəbul edilməsində strateji və yaradıcı yanaşmaların olması
-  İngilis və Rus dili biliyi, MS Office proqramlarında işləmək bacarığı
-  Sürücülük vəsiqəsi

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.

Whatsapp-a yazın